Şriftin ölçüsü :

Saytın rəngi :

Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində məhəllədaxili yollar asfaltlanır

10 noyabr 2022 | 11:10
Ölkə başçımız cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda gedən güclü sosial iqtisadi inkişaf ölkəmizin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan verir. Bu sahəyə davamlı və irihəcmli investisiyaların qoyuluşu, işğaldan azad edilmiş ərazilərə yeni yolların çəkilişi vətəndaşların böyük sevincinə səbəb olur.
Suraxanı rayonunda da yollarda aparılan quruculuq işləri uğurla davam etdirilir. Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində məhəllədaxili yolların torpaq və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən küçədə uzunluğu 1000 m olan yolda 6000 kv.m asfalt örtüyü salınır.Yolun əsaslı şəkildə yenidən qurulması sakinlərin gediş - gəlişini xeyli rahatlaşdıracaq, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.
Keçidlər