Şriftin ölçüsü :

Saytın rəngi :

Zeytunçuluq sovxozu adlandırılan yaşayış sahəsində 3210 kv/m asfalt örtüyü salınır

06 fevral 2024 | 07:26
Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.
 Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu adlandırılan yaşayış sahəsində 3210 kv/m asfalt örtüyü salınır.
 Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
Keçidlər