Şriftin ölçüsü :

Saytın rəngi :

Sürətlə abadlaşan Əmircan qəsəbəsində genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır

13 noyabr 2023 | 12:10
Sürətlə abadlaşan Əmircan qəsəbəsində genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır.
 Qeyd edək ki, 25 oktyabr 2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun Əmircan qəsəbəsində sakinlərlə keçirdiyi görüş zamanı qaldırılan məsələlərdən biri də Mirzə Əsədullayev küçəsində asfalt örtüyünün salınması idi. Qısa müddət ərzində məsələnin icrası ilə bağlı işlərə başlanıldı, hazırda Mirzə Əsədullayev küçəsində asfalt örtüyü salınır.
 Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır.
Keçidlər