Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda daha bir küçə asfaltlandı

22 fevral 2023 | 14:23
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, Suraxanıda da abadlıq quruculuq işləri davam etdirilir. Rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır, bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunda növbəti təmir işi Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsində aparılıb.
Təmir işləri zamanı torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış hissələrinə tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Ardınca isə əks-dolğu işləri görülmüş hissələrdə yol əsasının inşası həyata keçirilib. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə olunub və asfalt örtük salınıb.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
Keçidlər