Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunun qəsəbələrarası və məhəllədaxili küçələrində təmir-tikinti işləri davam etdirilir

10 iyun 2022 | 08:23
Suraxanı rayonunun qəsəbələrarası və məhəllədaxili küçələrində təmir-tikinti işləri davam etdirilir.
Sakinlərin rahatlığını təmin etmək məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Bülbülə qəsəbəsində S.Əliyev küçəsində 650 metr uzunluğunda olan yolda 3575 kv.m asfalt örtüyünün salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdiriləcək.
Keçidlər