Suraxanı rayonunun Hövsan qəsəbəsində növbəti küçəyə asfalt örtüyü salındı
23 avqust 2022 | 12:09
İşğaldan azad olunmuş bölgələrimizdə ölkə başçımız cənab İlham Əliyev tərəfindən verilən tapşırığa uyğun abadlıq-quruculuq işlərinin aparılaraq infrastruktur layihələrin həyata keçirilməsi, bu ərazilərdə dağılmış iqtisadiyyatın bərpa olunması və təməlqoyma mərasimləri ərazidə sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. 30 il ərzində işğalçı ermənistan tərəfindən əzəli torpaqlarımızda tamamilə məhv edilən sosial, iqtisadi infrastrukturun bu gün yenidən bərpa olunması, Qarabağ bölgəsinin inişafı üçün həyata keçirilən “Ağıllı kənd” layihəsi bizim böyük qələbimizin göstəricisidir.
Aparılan geniş abadlıq-quruculuq işləri Bakı şəhəri və paytaxtətrafı qəsəbələrdə də davam etdirildiyi kimi Suraxanı rayonunda da həyata keçirilir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun sakinlərlə keçirdiyi görüşlər zamanı səsləndirilən müraciətlər nəzərə alınaraq, rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə davam etdirilir.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, Məktəbli küçəsində uzunluğu 1500 metr olan yolda 8100 kv.m asfalt örtüyü salınır.