Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir
24 may 2022 | 13:39
Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.
Sakinlərin rahatlığını təmin etmək məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Əmircan qəsəbəsində növbəti küçədə yenidənqurma işləri həyata keçirilir. Qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan uzunluğu 1200 metr olan Zeynal Zeynalov küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 6600 kv.m asfalt örtüyünün salınması işləri aparılır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdiriləcək.