Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilir
28 yanvar 2025 | 16:15
Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində asfalt örtüyü salınır.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdiriləcək.