Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şirinov Polad Seyran oğlunun Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsində ailə üzvlərinin yaşadığı küçə asfaltlandı

20 oktyabr 2022 | 15:47
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarımızın adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli dövlətimizin ən çox diqqət yetirdiyi prioritet sahələrdəndir.
Vətənin bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Daim şəhid ailələrinə və qazilərimizə xüsusi həssaslıqla yanaşan ölkə başçımız Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa tapşırığı ilə onların hərtərəfli təminatı üçün müvafiq tədbirlər görülür. Dövlət başçımızın imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən belə həssas təbəqədən olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması, dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin avtomobillə təminatı, belə ailələrin sosial müdafiəsi istiqamətində görülən işlər onlara olan diqqətin bariz göstəricisidir.
Suraxanı rayonunda da Vətəni ləyaqətlə qoruyaraq Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi məqsədilə abidə kompleksləri inşa edilir, ailə üzvlərinin yaşadıqları küçələr asfaltlanır, həmin ailələr və sağlamlığını itirmiş qazilərimiz mütəmadi diqqətdə saxlanılır.
Keçidlər