Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir

20 iyun 2022 | 17:35
Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir.
Vətən uğrunda haqq savaşının qəhrəmanı, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Əsgərov Rüfət Mürvət oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsində hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 550 metr olan yolda 3200 kv.m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.
Keçidlər