Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində işlər həyata keçirilir.
23 yanvar 2023 | 16:27
Hazırda qəsəbələrarası ən aktiv yollardan hesab olunan, nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərin yarandığı Yeni Suraxanı-Əmircan avtomobil yolunun dağılmış hissələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır. Eni 10 m, uzunluğu isə 60 m olan sözügedən yolda asfalt örtüyü salınıb.