Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti asfaltlanma işləri Qaraçuxur qəsəbəsində aparılır

25 may 2023 | 10:54
Növbəti asfaltlanma işləri Qaraçuxur qəsəbəsində aparılır
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, Suraxanıda da abadlıq quruculuq işləri davam etdirilir.
Rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır, bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.
Hazırda Suruxanı rayonunda növbəti təmir işi Qaraçuxur qəsəbəsində Şərq yaşayış sahəsində aparılır. Yaşayış sahəsinin 10-cu döngəsində 3000 kv.m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
Keçidlər