Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti asfaltlanma işləri Bülbülə qəsəbəsində aparılır

23 iyun 2023 | 09:08
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, Suraxanıda da abadlıq quruculuq işləri davam etdirilir.
Rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır, bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.
Hazırda Suruxanı rayonunda növbəti təmir işi Bülbülə qəsəbəsində Samir Əliyev küçəsində aparılır. Sözügedən küçədə 4000 kv.m-ə yaxın asfalt örtüyü salınır.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
Keçidlər