Şriftin ölçüsü :

Saytın rəngi :

Hövsan qəsəbəsində Südçülük sovxozu adlandırılan yaşayış sahəsində asfalt örtüyü salınır

15 avqust 2022 | 15:14
Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə hazırlanmış konsepsiyaya uyğun olaraq dünyanın ən qabaqcıl və müasir texnologiyalarından istifadə olunmaqla həmin ərazilərdə qısa zaman çərçivəsində kommunal, iqtisadi və sosial strukturların qurulması, tikinti, bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi ölkəmizi bütün dünyaya əsl qurucu dövlət kimi tanıdır.
Ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əzəli torpaqlarımıza mütəmadi səfər etmələri və möhtəşəm təməlqoyma mərasimlərində iştirakları, yaradılmış şəraitlə tanışlıq regionun sürətlə dirçəlməsindən xəbər verir.
Aparılan geniş abadlıq-quruculuq işləri Bakı şəhəri və paytaxtətrafı qəsəbələrdə də davam etdirildiyi kimi Suraxanı rayonunda da həyata keçirilir.
Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu məqsədlə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri davam etdirilir.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3 şəhid ailəsinin yaşadığı Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində uzunluğu 1300 metr olan yolda 7800 kv.m asfalt örtüyü salınır.
Keçidlər