Şriftin ölçüsü :

Saytın rəngi :

Əmircan qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır.

07 avqust 2023 | 10:32

Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq qəsəbələrdə  asfalt  örtüyü olmayan küçələrdə, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan yollarda asfaltlanma  işləri davam etdirilir.

Sürətlə abadlaşan Əmircan qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır. Qeyd edək ki, bu günədək asfaltlanmayan A.Rzayev küçəsindəki döngələrə asfalt örtüyü vurulur.

Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır.

 

Keçidlər