Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq martın 4-də, “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməcliyi keçirilib.

05 mart 2023 | 11:17
Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq martın 4-də, “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməcliyi keçirilib.
Suraxanı rayonunda da səhər saatlarından başlanan iməclik rayonun bütün qəsəbələrini əhatə edib. İməclik zamanı küçələrin, səki kənarlarının, bordyurların, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
Qəsəbələrdə yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər.
Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
Keçidlər