Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur qəsəbəsi, 2704-cü məhəllədə uzunluğu 1,4 km olan yolda 8500 kv/m asfalt örtüyü salınır
04 dekabr 2023 | 11:42
Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.
Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur qəsəbəsi, 2704-cü məhəllədə uzunluğu 1,4 km olan yolda 8500 kv/m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.