Abadlıq quruculuq işləri ölkəmizin hər yerində olduğu kimi Bakı şəhərinin qəsəbələrində də davam etdirilir.
28 yanvar 2023 | 15:00
Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, A.Minuri küçəsində uzunluğu 500 metr olan yolda 2750 kv.m asfalt örtüyü salınıb.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.