Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynzadə Fərid Eldəniz oğlu

Soyad: Hüseynzadə
Ad: Fərid
Ata adı: Eldəniz
Doğum tarixi: 18.05.2002
Şəhid olub: 15.10.2020
Rütbə: Əsgər

Hüseynzadə Fərid Eldəniz oğlu 2002-cü il mayın 18-də Bakı şəhər Suraxanı rayonunda anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərid Hüseynzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Fərid Hüseynzadə oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Fərid Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Fərid Hüseynzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Fərid Hüseynzadə ölümündən sonra " İgidliyə görə" medalı ilə təltif edilib.

Keçidlər