"Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında" Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı
Azərbaycan Respublikası
Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 291 « 07 » dekabr 2022-ci il
Suraxanı Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuraya seçkinin təşkili məqsədi ilə
Komissiyanın yaradılması haqqında
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3, 2.4-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
- Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
1.1. Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Komissiyanın sədri:
Rəşad Hacıyev - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Komissiyanın üzvləri:
Xanoğlan Allahverdiyev - RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri
Sevinc Ağayeva - RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri
Afaq Qədimova - RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri
ilə iş şöbəsinin müdiri
Arif Babayev - Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri
Elburus Xəlilov - Hövsan Bələdiyyəsinin sədri
İlyas Rzayev - “Uğurlu yol” qəzetinin müxbiri
Eldar Rüstəmov - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai
Birliyinin Suraxanı rayon şöbəsinin sədri
Şəkər Həsənzadə - Dövlət İdarələri İctimai Xidmət Sahələri
Həmkarlar İttifaqı Suraxanı rayon təşkilatının sədri
- “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.5-ci maddəsinə əsasən Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 9 nəfər müəyyən edilsin.
- Seçki komissiyasına tapşırılsın ki, Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.surakhani-ih.gov.az), “Uğurlu yol” qəzetində, Rayon İcra Hakimiyyətinin məlumat lövhəsində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
- Komissiyaya tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq seçkilərin həmin əsasnamənin tələblərinə əsasən həyata keçirilməsini təmin etsin və 20 gün müddətinə başa çatdırsın.
- Sərəncamın surətinin lazımi ünvanlara çatdırılması aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təmin edilsin.
- Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əziz Əzizov