Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların qəbulu

  • Rayon İcra Hakimiyyətinin başçısı, onun qəsəbə inzibatə ərazi dairəsi üzrə nümayəndələri və dövlət qurumlarının yerli təşkilat rəhbərləri tərəfindən vətəndaşların birbaşa qəbulu keçirilir, RİHB-nin qəbuluna hər gün yazılış aparılır, bunun üçün RİH binasında xüsusi otaq ayrılmışdır. Vətəndaşlar RİHB tərəfindən hər həftənin bazar ertəsi günü saat 10:00-dan etibarən məhdudiyyətsiz qəbul edilir, bayram günlərinə düşən qəbullar növbəti günə keçirilir.
  • 2020-ci il ərzində  RİH baçşısı tərəfindən 627 nəfər vətəndaş qəbul, 755 nəfərin iştirakı ilə 7 səyyar görüş-qəbul keçirilmişdir.
  • Müntəzəm yeniləşən www.surakhani-ih.gov.az internet saytı, mail@surakhani-ih.gov.az elektron poçt ünvanı, facebook, instagram, tüitter səhifələri, "Qaynar xətt" telefonu fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilir.
  • Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanına uyğun olaraq 05 yanvar 2017-ci il tarixdən rayon İcra Hakimiyyətinə vətəndaşlardan və dövlət orqanlarından, o cümlədən Prezident Administrasiyasından daxil olan müraciətlərin elektron informasiya sistemi vasitəsi ilə qeydiyyatının aparılması, dövriyyəsinin təmin olunması, icrasına nəzarət edilməsi və təhlilinin aparılması davam etdirilmiş, “Elektron icraçı” avtomatlaşdırılmış idarəetmə sisteminin, daxili kompyuter şəbəkəsinin imkanlarından tam istifadə edilir.
  • 2020-ci il ərzində RİH-in elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli 243 elektron məktub cavablandırılmışdır.
  • 2021-ci il ərzində RİH-in elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli ___elektron məktub cavablandırılmışdır.
  • 2022-ci il ərzində RİH-in elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli ___ elektron məktub cavablandırılmışdır.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatında 2023-ci il üçün vətəndaşların qəbulu
CƏDVƏLİ

Sıra №-si Həftənin günləri Soyadı, adı və atasının adı Vəzifəsi Qəbul günləri və saatı
1. Bazar ertəsi Əzizov Əziz İmran  oğlu Rayon İcra Hakimiyyətinin başçısı

bazar ertəsi

saat 10.00-dan etibarən;

cümə axşamı
saat 14.00-da səyyar görüş-qəbul

2.     Çərşənbə axşamı   Zahirli Elşən Həsən oğlu Hüquq şöbəsinin müdiri saat 14.00-dan etibarən
Axundova Könül Arif qızı Rayon İcra hakimiyyəti başçısının müavini saat 16.00-dan etibarən
Məmmədov Fikrət Namət oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri saat 16.00-dan etibarən
     3.       Çərşənbə Hacıyev Rəşad Zülfəli oğlu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini saat 16.00-dan etibarən
Allahverdiyev Xanoğlan Əhməd oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri saat 17.00-dən etibarən
Əliyev Eldəniz Əliqulu oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri saat 17.00-dən etibarən
4.   Cümə axşamı Cəbrayılov Fuad Höcətağa oğlu Rayon İcra hakimiyyəti başçısının müavini saat 16.00-dan etibarən
Hüseynov Mehman Elman oğlu Rayon təsərrüfatı şöbəsinin müdiri saat 16.00-dan etibarən
5.   Cümə Zahirli Elşən Həsən oğlu Hüquq şöbəsinin müdiri saat 14.00-dan etibarən
Hüseynov Mehman Elman oğlu Rayon təsərrüfatı şöbəsinin müdiri saat 16.00-dan etibarən
6. Şənbə Ağayeva Sevinc Eldar qızı İnformasiya təminatı və təhlil sektorunun müdiri şənbə,
saat 11.00-dan etibarən

Qeyd:

 

1. Vətəndaşların qəbula yazılışı iş həftəsinin hər günü saat 09.00-dan başlayaraq 012-452-39-06 №-li telefonla və ya İcra Hakimiyyətinin binasında həyata keçirilir.
2. RİH başçısının səyyar görüş-qəbulları ayda 4 (dörd) dəfədən az olmamaqla keçirilir.
3. Milli qəhrəmanlar və onların ailə üzvləri, Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları və digər imtiyazlı vətəndaşlar növbədənkənar qəbul edilir.
4. RİHB-nin qəbul günləri bayram günlərinə düşdükdə qəbullar növbəti iş gününə keçirilir.
5. Vətəndaşların qəbulu ilə əlaqədar əlaqə telefonları: 012-452-39-06; 012-452-39-10 (daxili-141, 146, 150, 155, 210)

 

Keçidlər