Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məmmədov İsa Nazim oğlu

Soyad: Məmmədov
Ad: İsa
Ata adı: Nazim
Doğum tarixi: 12.06.2000
Rütbə: MAHHXHQ əsgər

Məmmədov İsa Nazim oğlu 2000-ci il iyunun 12-də Bakı şəhəri, Suraxanı rayonunda anadan olub.

İsa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

O, 2020-ci il noyabrın 2-də Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənin “Camış aşırımı-3305 yüksəkliyi” yaxınlığında hərbi əməliyyatları nəticəsində şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən İsa Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər