Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Kərimov Əhməd Vaqif oğlu

Soyad: Kərimov
Ad: Əhməd
Ata adı: Vaqif
Doğum tarixi: 04.08.1989
Şəhid olub: 07.11.2020
Rütbə: Əsgər

Kərimov Əhməd Vaqif oğlu 1989-cu il avqust ayının 4-də Göyçay rayonunda dünyaya göz açıb.

Azərbaycan Ordusunun çavuşu olan Əhməd Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əhməd Kərimov noyabrın 7-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasında döyüşmüş, düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Keçidlər