Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Səlimov Şiralı Vüqar oğlu

Soyad: Səlimov
Ad: Şiralı
Ata adı: Vüqar
Doğum tarixi: 11.12.2001
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər

Şiralı Vüqar oğlu Səlimov 2000-ci il yanvarın 1-də Kürdəmir rayonunun Sor Sor kəndində anadan olub. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri Şiralı Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şiralı noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şiralı Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidimiz "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" medalları ilə də təltif olunub.

Keçidlər