Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Eissavi Muhamməd Mazen oğlu

Soyad: Eissavi
Ad: Muhamməd
Ata adı: Mazen
Doğum tarixi: 18.02.2002
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər

Muhammad Mazen oğlu Eissavi 2002-ci il fevralın 18-də anadan olub. Azərbaycan vətəndaşı olan Eissavi əslən fələstinli idi. 76 nömrəli tam orta məktəbdə oxuyub. Uşaqlığından cüdo ilə məşğul olan Muhammad bir il idi ki, məzun olmuşdu. Onu indi bütün məktəb xatırlayır...

Azərbaycan Ordusunun əsgəri olan Muhammad Eissavi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Muhammad Eissavi noyabr ayının 9-da şəhid olub.

Eissavi yaşadığı torpağın bütövlüyü yolunda canını əsirgəmədiyi üçün ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi olan Muhammad Mazen oğlu Eissavinin xatirəsi Myanmarın Arakan bölgəsində əbədiləşdirilib. Azərbaycan ordusunun ərəb əsilli əsgərinin adına Arakanda su bulağı açılıb.

Keçidlər