Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şahbazov Elnur Qədir oğlu

Soyad: Şahbazov
Ad: Elnur
Ata adı: Qədir
Doğum tarixi: 20.08.2001
Şəhid olub: 22.10.2020
Rütbə: Əsgər

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Elnur Şahbazovdur.

Şahbazov Elnur Qədir oğlu 20 avqust 2001-ci ildə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində anadan olub. 2007-2015-ci illərdə Suraxanı rayonu 89 nömrəli məktəbində orta təhsil alıb.

2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə xüsusi təyinatlı dəstəyə qoşulub. Tovuz döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib.

22 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə 6 şəhidi döyüş meydanından çıxararaq özü şəhid olub.

Ölümün gözünə dik baxan şəhidimiz Elnur Şahbazov böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib. Ölümündən sonra bir sıra medallarla təltif edilib:

1.“Cəsur döyüşçü” medalı;
2.Vətən müharibəsi iştirakçısı medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Xocavəndin azad edilməsinə görə” medalı;
5.“Şuşanın azad edilməsinə görə” medalı.

Keçidlər