“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Suraxanı rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
20 iyun 2024 | 12:00
İyunun 20-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Zığ qəsəbəsi, Mərkəzi yolda skver salınan ərazidə "23 iyun - Dövlət Qulluqçularının peşə bayramı" münasibətilə ağacəkmə aksiyası keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun və Rayon İcra Hakimiyyəti başçısı müavinlərinin və Aparat əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada 200-dən yuxarı şam və həmişəyaşıl ağac növləri əkilib.
Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyalarının davamlı olaraq təşkil edilməsi nəzərdə tutulub.