Yaradıcı müəllim: inkişaf edək, etdirək" təqdimat müsabiqəsində Suraxanı rayonun müəllim və şagirdləri 1-ci yerə layiq görülüblər
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: inkişaf edək, etdirək" təqdimat müsabiqəsində Suraxanı rayonundan 114 saylı tam orta məktəbin tarix müəllimi Rza Eyvazlı və şagirdi Fidan Daşdəmirova, 118 nömrəli tam orta məktəbin müəllimi Amənə Kərbalayeva və şagirdi Fatimə Məmmədli 1-ci yerə layiq görülüblər. Qeyd edək ki, 1-ci yerə layiq görülmüş 3 məktəbdən 2-si Suraxanı rayonuna aiddir.
Həmçinin, 318 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Abbasova və şagirdi Zeynal Rəsulzadə həvəsləndirici yeri tutub.
Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.
Qalib müəllimlərimizi və şagirdlərimizi Suraxanı Rayon İcra Hakimiyyəti adından təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq