Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvarın 22-də Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib

22 yanvar 2025 | 14:26
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv araşdırılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Suraxanı rayonunda Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşləri davam etdirilir.
Yanvarın 22-də RİH başçısı Adil Əliyev Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində Bülbülə qəsəbəsinin sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Sakinləri dinləyən RİH başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər