Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz, kapitan Əliyev Xəyyam Əlixan oğlunun bu gün doğum günüdür

17 dekabr 2022 | 11:00
Şəhidimizin Əmircan qəsəbəsində Şəhidlər Xiyabanında məzarı və ailə üzvləri ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Şəhidimizin valideynlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Əziz Əzizov qeyd edib ki, bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır. Allahdan Şəhidimizə rəhmət diləyən Əziz Əzizov onun özündən sonra əmanət qoyduğu körpə balasının da vətənpərvər ruhda böyüyəcəyinə əmin olduğunu bildirib və ailəsinə səbr diləyib.
Keçidlər