Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin Şəhidi Süleymanov Rauf Allahverdi oğlunun doğum günü ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin birinci müavini Rəşad Hacıyev, Şəhid ataları onun Qaraçuxur qəsəbəsində yaşayan ailə üzvlərini ziyarət etmiş və ruhunu ehtiramla yad etmişlər

28 may 2022 | 10:57
Vətən müharibəsinin Şəhidi Süleymanov Rauf Allahverdi oğlunun doğum günü ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin birinci müavini Rəşad Hacıyev, Şəhid ataları onun Qaraçuxur qəsəbəsində yaşayan ailə üzvlərini ziyarət etmiş və ruhunu ehtiramla yad etmişlər.
Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləyən RİH başçısı Əziz Əzizov Şəhidlərimizə olan hörmət və ehtiramını bildirərək Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün həyata keçirilən abadlıq-quruculuq işlərinin, təməlqoyma mərasimlərinin, keçirilən mötəbər tədbirlərin hər bir Azərbaycanlı üçün böyük iftixar olduğunu qeyd etmiş və bütün bunlara görə Şəhidlərimizə borclu olduğumuzu bir daha vurğulamışdır.
Həmçinin, Milli Məclisin deputatı Etibar Əliyev Şuşa səfərindən danışaraq Azərbaycan xalqının necə mətin və qəhrəman xaql olduğunu bildirmiş və qeyd etmişdir ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.
Keçidlər