Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Orucov Səbuhi Vahid oğlunun doğum günü münasibətilə məzun olduğu 87 saylı tam orta məktəbdə anım tədbiri keçirilib

14 yanvar 2023 | 09:07

      Dövlət himninin səsləndirilməsi və vətənimizin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Fuad Cəbrayılov, Könül xanım Axundova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHBA-nın şöbə müdirləri, “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədov, Şəhidin doğmaları, Şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

   Tədbirdə Şəhid Səbuhi Orucovun şərəfli ömür yolundan danışılaraq, qəhrəmanların ölmədikləri, daim qəlblərdə yaşadıqları şagirdlərin çıxışlarında təqdim olunub.

    RİH başçısının müavini Könül xanım Axundova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov Şəhidin ailəsinə bir daha başsağlığı verərək, cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların ölməzliyini və əbədiliyini bir daha vurğulayıblar.
Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək belə igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdığını vurğulayıb, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını qeyd edib və Vətən uğrunda son damla qanınadək vuruşaraq şəhadətə ucalan bütün şəhidlərimizə və vətənə həsr olunan şerlər səsləndirib.
Həmçinin, Şəhidimizin anası Narınc xanım Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq dərin minnətdarlığını ifadə edib.
Keçidlər