Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin Şəhidi Orucov Elmir Elyar oğlunun ailəsində yaşanan xoş xəbər hər kəsi sevindirdi.

22 fevral 2023 | 09:08
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edən Elmir Orucovun qardaşı dünyaya gəlib.
Bu münasibətlə Suraxanı rayon İcra hakimiyyəti adından Şəhidimizin ailəsini səmimi qəlbdən təbrik edir, dünyaya göz açan balamıza xoşbəxt və sağlam gələcək arzu edirik.
Əminik ki, o da qardaşı kimi qəhrəman, vətənpərvər və milli ruhda tərbiyə alaraq vətənimizə gərəkli övlad kimi böyüyüb boya-başa çatacaq.
Keçidlər