Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Əliyev Elvin Bəhruz oğlunun doğum günündə əziz xatirəsi ehtiramla anılıb

26 fevral 2023 | 10:06
Şəhid Elvin Əliyevin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin, Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, qəsəbə bələdiyyəsinin, şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunub, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla anılıb.
Elvin Əliyev 26 fevral 1997-ci ildə Bakı şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əliyev 2020-ci il oktyabrın 18-də qəhrəmancasına şəhid olub. Yeni Suraxanı Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elvin Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib
Şəhidimiz Elvin Əliyevin imsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq onlara Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik.
Keçidlər