Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Babayev Əmirxan Mirilham oğlunun doğum günüdür

28 noyabr 2023 | 09:37
Bu gün Vətən müharibəsinin şəhidi Babayev Əmirxan Mirilham oğlunun doğum günüdür.
 28 noyabr 1998-ci il tarixdə dünyaya göz açan Babayev Əmirxan Mirilham oğlu ilk təhsilini Suraxanı rayonu 89 nömrəli tam orta məktəbdə aldıqdan sonra 18 yaşında həqiqi hərbi xidmətə yollanıb.
 Əzəli torpaqlarımızı 30 ildən sonra qısa müddətdə düşmən tapdağından xilas edib, xalqımıza qələbə sevincini yaşadan ölməz qəhrəmanlarımız arasında Azərbaycan Ordusunun əsgəri Əmirxan Babayevin də şərəfli adı var.
 Qeyd edək ki, Vətən müharibəsində fəallığına görə fərqlənən Əmirxan 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib.
 Əmirxan Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər