Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Eissavi Muhammad Mazen oğlunun anım günündə məzarı ziyarət edildi və məzun olduğu Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə anım tədbiri təşkil edildi

11 noyabr 2022 | 17:08
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhidin doğmaları Hövsan qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra M.Eissavinin məzun olduğu Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə davam edən anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonra məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Məktəbin direktoru Şəfəq İbişova və Muhammad Eissavinin müəllimləri onun keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildiriblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Muhammad Eissavi ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.
Keçidlər