Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimiz Ruslan Rəcəbovun atası Rəcəb Rəcəbov dünyasını dəyişib.

18 fevral 2023 | 09:39
Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və RİHBA-nın əməkdaşları Şəhid atasının 3 mərasində iştirak edərək onun ailəsinə və doğmalarına başsağlığı verib, mərhuma və Şəhidimizə Allahdan rəhmət, əzizlərinə səbr diləyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Keçidlər