Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində göstərdiyi şücaət və qərəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidi Orucov Səbuhi Vahid oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə ehsan süfrəsi açılıb

28 oktyabr 2022 | 08:50

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər iştirak ediblər.

Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyini vurğulayan RİH başçısı Əziz Əzizov haqq-ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildirib. Əziz Əzizov Ölkə başçısının diplomatik görüşlərdə qazandığı uğurlardan, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi tarixi xidmətlərindən söz açıb. Suraxanı rayonunda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Şəhidlərimizə və onların ailələrinə göstərilən ehtiramın hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb.
Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək Vətən uğrunda son damla qanınadək vuruşaraq şəhadətə ucalan bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və onlara həsr olunan şeirlər səsləndirib.
Şəhid yaxınları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər