Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Orxan Qəhrəmanovun anım günü qeyd edilib

21 oktyabr 2022 | 08:37
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən şəhid Qəhrəmanov Orxan Sərvər oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilərlə birgə Şəhidin Zığ qəsəbəsi, Dədə Qorqud məzarlığındakı Şəhidlər Xiyabanında məzarını ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Mərasim iştirakçıları daha sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidin əziz xatirəsinə açılmış ehsan süfrəsində iştirak ediblər.
Dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərən RİH başçısı Əziz Əzizov şəhidin anası Arzu xanıma təsəlli verib, Vətən üçün belə gərəkli övlad oya-başa çatdırdığı üçün bir daha təşəkkür edib. Suraxanı rayonunda da hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyən rayon rəhbəri bildirib ki, Vətən müharibəsi Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Daha sonra şəhidin anası Arzu xanım çıxış edərək Orxan Qəhrəmanovla bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Həmçinin, şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlığını bildirib.
Həmçinin, Şəhidin məzun olduğu N.Rəfiyev adına 104 №-li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Keçidlər