Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elnur Şahbazovun anım günü qeyd edildi

24 oktyabr 2022 | 09:54
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Şahbazov Elnur Qədir oğlunun anım günü qeyd olunub.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri, qazilər şəhidin Yeni Suraxanı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini böyük ehtiramla anıblar.
Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını vurğulayan RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 gün ərzində dünyanı heyrətə salan döyüş əməliyyatlarından və nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən danışıb. Ölkə başçısının diplomatik görüşlərdə qazandığı uğurlardan, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi tarixi xidmətlərindən söz açan rayon rəhbəri. Suraxanı rayonunda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Keçidlər