Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Coşqun Orucovun məzarı ziyarət olundu

24 oktyabr 2022 | 10:25
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə, və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Şəhid Orucov Coşqun Oruc oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə Zığ qəsəbəsi, Dədə Qorqud məzarlığındakı Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri və qazilərin iştirak etdikləri mərasimdə 44 günlük Vətən müharibəsində, o cümlədən Ermənistanın təxribatları nəticəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçidlər