Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhid Orxan Hüseynovun xatirəsi anılıb

06 oktyabr 2022 | 10:54
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuş baş leytenant Hüseynov Orxan Bəhman oğlunun xatirəsi anılıb.
Anım günündə şəhidin ailəsi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHB-nin şöbə müdirləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər tərəfindən ziyarət olunub, həmçinin məzarı və onun adına inşa edilmiş bulaq-abidə kompleksi önündə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Daha sonra mərasim Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının dövlət himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və döyüş yoluna həsr olunan “Savaş üçün doğulanlar” adlı sənədli film nümayiş olunub.
Anım tədbirində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova şəhid Orxan Hüseynovun ailəsinə bir daha başsağlığı verərək onlara Allahdan səbr diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Həmçinin, 5 oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə şəhidimizin həyat yoldaşı Ləman Hüseynovaya Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanını təqdim etmişdir.
Anım mərasimində məktəblilərin ifasında şeirlər səsləndirilib.
Keçidlər