Vətən müharibəsi əlili Aslanov Qoşqar Şahmalı oğlunun 40 mərasimi keçirilib
16 sentyabr 2024 | 15:05
Sentyabrın 16-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi əlili Aslanov Qoşqar Şahmalı oğlunun 40 mərasimi keçirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri və rayon ictimaiyyəti iştirak ediblər.
RİH başçısı Adil Əliyev Qoşqar Aslanovun doğmalarına dərin hüznlə başsağlığı verərək Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Qoşqar Aslanov 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Vətən müharibəsində qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, yaralanmasına baxmayaraq hərbi hospitalda müalicə olunmaqdan imtina edib və Şuşa şəhərinin işğaldan azad olunmasında vuruşub.
Qoşqar Aslanov Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
O, 7 avqust 2024-cü il tarixdə vəfat edib.