Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Beynəlxalq müdafiəsi günü

01 iyun 2023 | 09:30
Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə Uşaq Festivalı keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Araz supermarketlər şəbəkəsinin və “Libra kitab” nəşriyyatının tərəfdaşlığı ilə hazırlanan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Əziz Ələkbərov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, şəhid və qazi övladları, eləcə də digər qonaqlar iştirak ediblər.
RİH başçısı Əziz Əzizov və qonaqlar rayonun uşaq bağçası-körpələr evləri və məktəblər tərəfindən hazırlanan əl işlərindən ibarət guşələr ilə tanış olub və uşaqların təqdimatlarını dinləyiblər.
Tədbirdə uşaqlara dondurmalar paylanıb, eləcə də keçirilən müxtəlif əyləncəli müsabiqələrin qalibləri mükafatlandırılıb.
Həmçinin, qeyd olunub ki, Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev uşaqlara hər zaman diqqət və qayğı göstərib, onların sağlam və milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməyib. O, demişdir ki: "Uşaq ağacın kövrək budağına bənzər, onu qayğı ilə qorumaq və yetkinliyə qədər əzizləmək, müdafiə etmək lazımdır ki, sınmasın, əzilməsin, qurumasın."
Eyni zamanda, ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyüməkdə olan nəslə, körpə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı və onların bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanıb.
Tədbirin sonunda sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən səmaya buraxılıb.
Keçidlər