Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə “İnsan hüquqları və erkən nikah” mövzusunda tədbir keçirilib
08 iyun 2022 | 08:05
İyunun 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə “İnsan hüquqları və erkən nikah” mövzusunda tədbir keçirilib.
Suraxanı Gənclər evində keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova, komissiyanın üzvləri, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev, 3 nömrəli doğum evinin baş həkimi İmmi Ələkbərova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, Əmircan Bələdiyyəsinin sədri Cəmilə Ağayeva, Vəkillər kollegiyasının üzvləri Fərid Məmmədli, Zülfiyə Həşimova, Suraxanı Gənclər Evinin psixoloqu Təbəssüm Qafarlı, erkən nigahın qurbanı olmuş şəxs qismində Salatın Əbilova, rayonun təhsil müəsissələrinin psixoloqları və şagirdləri iştirak etmişdirlər.
Tədbirdə erkən nikahın fəsadları ilə bağlı video təqdimat nümayiş olunmuş, eləcə də iştirak edən qonaqlar və ekspertlər insan hüquqları və azadlıqları, erkən nikah haqqında öz fikirlərini və tövsiyyələrini gənclərə çatdırmış və ünvanlanan sualları cavablandırmışlar.
Bununla yanaşı erkən nikahın qurbanı olan gənc xanım öz həyat hekayəsindən danışmış təhsilin insan həyatında böyük rolu olduğunu yeniyetmələrə çatdırmışdır.