Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında təşkil edilmiş müsabiqənin nümunəvi esse mərhələsi keçirilib

25 may 2023 | 14:00
Mayın 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında təşkil edilmiş müsabiqənin nümunəvi esse mərhələsi keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon məktəbliləri Ulu öndər Heydər Əliyevə həsr olunmuş esselərlə çıxış edib və onlar münsiflər heyyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova çıxış edərək bildirib ki, Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.
Müsabiqənin esse mərhələsində E.Cəfərov adına 118 №-li tam orta məktəbin 9-cu sinif şagirdi Nazimə Ələskərli, 327 №-li tam orta məktəbin 11-ci sinif şagirdi Səkinə Rzayeva və S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının 11-ci sinif şagirdi Ayan Namazlı qaliblər seçiliblər.
Keçidlər