Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş açıq çempionatda iştirak edən 172 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Borcəli Omar Rəşad yarışdan qələbə ilə ayrılıb
15 aprel 2025 | 16:00
11-13 aprel tarixlərində Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Xüsusi təyinatlı idman klubunun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş açıq çempionatda iştirak edən, peşəkar idmanla məşğul olan 172 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Borcəli Omar Rəşad yarışdan qələbə ilə ayrılıb.
Borcəli Omar çempionatda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlıları adından iştirak edib. O, öz qələbəsini Daxili Qoşunların Vətən müharibəsində şəhid olan 66 xüsusi təyinatlısına ithaf edib.
Borcəli Omarı təbrik edir, ona uğurlar diləyirik.