Şriftin ölçüsü :

Saytın rəngi :

"Uğurlu yol" qəzetinin 7 yaşı tamam olur

27 mart 2024 | 18:00
Uğurlu yol qəzetinin 7 yaşı tamam olması münasibətilə təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov iştirak edərək Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına xidmət edən, rayonda görülən işlərin və həyata keçirilən tədbirlərin işıqlandırılmasında əzmlə çalışaraq, öz missiyalarını şərəflə yerinə yetirən "Uğurlu yol" kollektivini təbrik edib, ən xoş arzularını çatdırıblar.
Tədbirdə iştirak edən Respublikanın əməktar artisti, Rayon Ağsaqqallar şurasının sədr müavini, professor Ağalar Bayramov, tanınmış aktyor Midhət Aydın və digər qonaqlar da “Uğurlu yol” qəzetinin təsisçisi İlyas Rzayevi və əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
Keçidlər