Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz ölkəm” devizi altında keçirilən Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Suraxanı rayonu Hövsan sahili tullantılardan təmizlənib

17 avqust 2024 | 12:56
17 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə və qəsəbə nümayəndəliklərinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), “NARGİS” jurnalının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Suraxanı rayonu Hövsan sahilində təmizlik aksiyası keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun, RİHB-nin müavinlərinin iştirak etdiyi təmizlik aksiyası zamanı sahil zolağı 700 kiloqramdan artıq tullantıdan təmizlənib.
Tədbirin keçirilməsində məqsəd – ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Ətraf mühitin mühafizəsi və təbiətin qorunması istiqamətində atılan addımların davamı olan Marafonun yekununda xatirə şəkli çəkilib.
Keçidlər