Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi Zəfərlə başa çatan Vətən müharibəsinin qəhrəmanı Yusubov Elzar Süleyman oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür

09 oktyabr 2022 | 14:39
Şəhidimizin anım günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid anaları və rayon ictimaiyyəti onun məzarını və abidə kompleksini ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
RİH başçısı Əziz Əzizov Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adını Şəhidlik zirvəsinə yazan qəhrəman vətən oğullarımızdan biri, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Elzar Yusubova Allahdan rəhmət, ailəsinə səbr diləyib. O, bildirib ki, Azərbaycan xalqının fəxri olan Şəhidlərimizin əziz xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlərimizin ailələrinin yanında olacaq.
Daha sonra ehsan süfrəsi açılıb, Şəhidimizin ruhuna dualar oxunub.
Keçidlər